Güney Azərbaycanda yüzlərlə zəvvar Həcc ziyarətinə getməkdən imtina edib. İnsanlar son anda fikirlərini dəyişib və ziyarətə xərclənəcək pulu xeyriyyə işlərinə sərf etmək qərarına gəliblər:
Bu sözləri BUTA.TV-a Güney Azərbaycanda yaşayan milli fəal Sürgün Günəş deyib.
O, vəsaitin hansı istiqamətə xərclənəcəyini açıqlayıb:
“Millətimiz Həcc ziyarətinə xərclənən pulları 50 yeni evlənən cütlüyün cehiz və hədiyyə alması üçün bağışlayacaq. Həmçinin, Azərbaycanın Güneyində çoxlu yoxsul bölgələr var. Orda yeni məktəblərə ehtiyac olduğundan bu pullar tikinti işlərinə xərclənəcək”.
Milli fəalın sözlərinə görə, dövlət hələ ki, bu qərara heç bir reaksiya verməyib:
“Dövlət bu işə qarışmayıb və qarışa da bilməz. Bu, millətin öz içindən gələn bir qərardır. Yoxsul insanlara əl tutmaq istəyirlər. Ötən illərdə də Marağa və Kərəcdə azərbaycanlı zəvvarlar ziyarətdən imtina edərək, xeyriyyə işləri görməyi üstün tutmuşdular. Bu il də görünür, əhalinin yoxsul yaşadığını və ehtiyac içində olduğunu nəzərə alaraq belə bir qərara gəliblər".
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu