Azərbaycan və Pakistan şəhərləri arasında, xüsusilə də paytaxtlar arasında uçuşların sayı artırılacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib.
Pakistanın Baş naziri Şahbaz Şərifin bu səfərinin yaxşı nəticəsinin olacağını deyən dövlət başçısı, həmçinin qeyd edib:
“Təhsil sahəsində də böyük potensialı görürük. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır. Biz daha çox pakistanlı qardaşlarımızı burada görmək istəyirik. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar var və bu gün onlar müxtəlif sahələrdə təhsil alıb qayıdaraq ölkəmizə töhfələrini verirlər”.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu