Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı davam edir.
BUTA.TV xəbər verir ki, güləşçimiz Ruzanna Məmmədova (57 kq) qitə birinciliyinə inamlı start verib. Həmyerlimiz əvvəlcə ispaniyalı Rosa Rodrigesi, daha sonra isə türkiyəli Aslı Köleni məğlub edib.
R.Məmmədova yarımfinalda polşalı Suzanna Horbikə qalib gələrək, ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Güləşçimiz həlledici görüşdə macarıstanlı Sofi Ritterə uduzub və gümüş medalla kifayətlənib.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatında 1 qızıl və 5 bürünc medal əldə edib. Turan Daşdəmirov (45 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq), Elmin Əliyev (80 kq) və Mahir Qurbanlı (110 kq) isə bürünc medal qazanıblar.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu