Görünür, Qarabağda vəziyyət kəskinləşmək üzrə davam edəcək. Azərbaycan bəyan edib ki, Ermənistan ötən gün açdığı atəşə görə günahını etiraf edib, günahkarları cəzalandırana qədər Laçın yolundakı keçid məntəqəsi fəaliyyət göstərməyəcək. Humanitar təyinatlılardan başqa, insan və digər yüklər Ermənistandan Qarabağa keçirilməyəcək.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Ermənilərin Azərbaycan hərbçiləri və Rusiya sülhməramlıları istiqamətində necə atəş açmağa başladığının videosu var. Paradoksal olaraq bu videonu erməni tərəfi yayıb. Azərbaycan hazırda insidentlə bağlı öz ərazisində araşdırma aparır. Ermənistanda isə ötən gün AB-dən bütöv bir müşahidəçilər ordusu sərhədə doğru irəliləyib və onlar İrəvanın haqlı olduğunu israrla bəyan edirlər. Bu, Paşinyanı radikal mövqeyə sövq edir. Yol işləməsə, bu, hərbi toqquşmalara və yeni hərbi əməliyyatların başlanmasına səbəb ola bilər”, - o bildirib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu