"Azərbaycanda "Premium" markalı benzinin ucuzlaşması gözləntisi var".
BUTA.TV xəbər verir ki, bunu "Metbuat.az"a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O qeyd edib ki, yaxın aylarda ölkədə ciddi qiymət artımı ehtimal edilmir:
"Azərbaycanda yay aylarında ciddi qiymət artımı olan heç bir sahə yoxdur, xüsusən də hökümətin tənzimlədiyi benzin və ictimai nəqliyyat sahəsində. Qiymət dəyişikliyi üçün heç bir əsas da yoxdur. Əksinə, bazarın gözləntisi ondan ibarətdir ki, vaxtilə 2 manata təyin edilən “Premium” qiymətləri aşağı salınsın. Çünki bu qiymətlər təyin ediləndə, bazarda neft qiyməti 120-125 dollar idi. İndi isə qiymətlərdə bir düşüş var və bu, qiymətlərə tətbiq edilməlidir".
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu