Məlumat verildiyi kimi, intensiv yağan yağışlar səbəbindən Gəncə şəhərində parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin artması nəticəsində ətraf ərazilərə yaranan təhlükə və Yevlax şəhərində bir sıra yerlərin subasmaya məruz qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyin müvafiq olaraq Gəncə və Aran Regional mərkəzləri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən dərhal zəruri tədbirlərin görülməsinə başlanılıb.
BUTA.TV xəbər verir ki, FHN-in qüvvələri tərəfindən Gəncə şəhərindəki süni göldə suyun səviyyəsinin artımının qarşısı alınıb, Yevlax şəhərində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilib və digər müvafiq təhlükəsizlik tədbirləri görülüb.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu