İyunun 20-dən Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci terminalı “Buta Airways” və bir sıra xarici aviadaşıyıcıların beynəlxalq reyslərinin yerinə yetirilməsini bərpa edir.
Bu barədə BUTA.TV-a aeroportun mətbuat xidmətindən bildirilib.
Belə ki, iyunun 20-də saat 00:00-dan etibarən aşağıdakı aviaşirkətlər Bakı hava limanının 2-ci terminalına və bu terminaldan növbəti şəhərlər üzrə uçuşlar həyata keçirəcək:
- “Buta Airways” – İstanbul, İzmir, Ankara, Trabzon, Tbilisi, Batumi, Samara, Kazan, Mineralnıye Vodı, Həştərxan, Ufa, Volqoqrad, Mahaçqala, Soçi, Aktau, Düşənbə, Tehran;
- “Israir Airlines” – Tel-Əviv;
- “Wizz Air” – Budapeşt, Roma, Əbu-Dabi.
Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci terminalına və bu terminaldan yeni reyslər yerinə yetirildikcə sərnişinlərə bu barədə əlavə məlumat veriləcək.
Sərnişinlərə uçuş zamanı maksimal rahatlığı təmin etmək üçün vacib uçuş məlumatları ilə diqqətlə tanış olmaqları tövsiyə olunur. Gediş/gəliş terminalı, gediş/gəliş tarixi və saatı, o cümlədən digər uçuş detalları haqqında məlumatı yoxlamaq zəruridir.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu