Neftçalada avtomobil motosikletlə toqquşdu: ölənlər var

00:00 - 17 İyun 2023 - GÜNDƏM

 Neftçalada avtomobil motosikletlə toqquşdu: ölənlər var

Neftçala rayonunda 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alınması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, hadisə rayonun Həsənabad avtombil yolunda qeydə alınıb.

Belə ki, “Mersedes” markalı avtomobil motosikletlə toqquşub. Qəza nəticəsində Neftçala rayon sakinləri - 1968-ci il təvllüdlü Tofiq İsgəndər oğlu Hüseynov və 1979-cu il təvəllüdlü Elnur İsa oğlu Zeynalov hadisə yerində ölüb. Müxtəlif dərəcəli xəsarətlər alan 2010-cu il təvəllüdlü Bayram İntiqam oğlu Balaşov isə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol