Ukraynada müharibə tez başa çatmalıdır - CAR

00:08 - 17 İyun 2023 - GÜNDƏM

 Ukraynada müharibə tez başa çatmalıdır - CAR

Ukraynada münaqişənin həlli istiqamətində addımlar atılmalıdır ki, tərəflər tezliklə danışıqlar yolu ilə sülhə nail ola bilsinlər.

BUTA.TV xəbər verir ki, bunu Kiyevdə Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Afrika ölkələrinin sülhməramlı missiyası ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında aparılan danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

“Münaqişə sülh danışıqları və diplomatiya yolu ilə əldə edilə bilər. Afrikanın sülhməramlı missiyası hesab edir ki, Ukraynadakı silahlı münaqişə mümkün qədər tez başa çatmalıdır. Afrika ölkələri Ukraynada sülh yolu ilə nizamlanmanın yolunu tapmaq üçün əməkdaşlığı davam etdirməyə hazırdır”, - o qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol