Yay fəslinin daxil olacağı vaxt açıqlandı

14:40 - 17 İyun 2023 - GÜNDƏM

 Yay fəslinin daxil olacağı vaxt açıqlandı

Yay fəsli Azərbaycana iyunun 21-i saat 18:57:47-də daxil olacaq.

Bu barədə BUTA.TV-a Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 18:57:47-də daxil olacaq.

Məlumata görə, bu zaman Yerin fırlanma oxu Günəş şüalarının düşmə istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz (gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə) və ən qısa gecə (gecənin uzunluğu 8 saat 56 dəqiqə 36 saniyə) olur.

Yay fəslinin uzunluğu 93 gün 15 saat 52 dəqiqə 11 saniyə olacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol