Şəkidə evdə partlayış: ana və 2 azyaşlı övladı xəsarət aldı

17:44 - 17 İyun 2023 - GÜNDƏM

 Şəkidə evdə partlayış: ana və 2 azyaşlı övladı xəsarət aldı

Şəkidə evdə partlayış olub, 3 nəfər ağır xəsarət alıb.

BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı​ Göynük​ kəndində, yaşayış evlərindən birində baş verib.

Belə ki, partlayış zamanı evdə olan 2000-ci il təvəllüdlü​ Şəlalə​ Nəsib qızı Yusifova və onun 2 azyaşlı övladı - 2021-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Soltanlı​, eyni zamanda 2020-ci il təvəllüdlü Əli Nicat oğlu Soltanlı​ ağır xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol