Gürcüstanın eks-prezidenti və hazırda Gürcüstanda həbsdə olan Mixail Saakaşvili Salome Zurabişviliyə məktub yazıb.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, Saakaşvili məktubu Prezidentin onun əfvindən imtina etməsinə cavab olaraq yazıb.
“Mən gürcü həbsxanasındayam, çünki 2014-cü ildə Ukraynaya gələndə və Avromaydandan sonra yeni hökumətə kömək etməyə başlayanda Putin özünün Gürcüstanda hakimiyyətə qoyduğu oliqarx İvanişviliyə sifariş verdi ki, 2 milyard dollar müqabilində mənə qarşı cinayət işi açsın.
2004-cü ildə Ukraynanın ilk Maydanını dəstəklədiyimi, onun ordusunu Tiflisə buraxmadığımı və 2008-ci ildə Gürcüstan dövlətçiliyini müdafiə etdiyimə görə Putin məni bağışlaya bilməzdi. 2021-ci ildə bitirdim, çünki tamamilə Rusiyanın altına sürükləndiyimizi gördüm və vəziyyəti xilas etməyə çalışdım.
Sonra müharibə başladı və mən özüm Putinin şəxsi hərbi əsiri oldum.
Zəhərləndim, işgəncə verdilər. Məni qondarma ittihamlarla mühakimə edirlər”, - deyə məktubda yazıb.
Qeyd edək ki, Zurabişvili Saakaşvilinin “kukla” olduğunu bildirərək, onu əfv etməyəcəyini açıqlamışdı.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu