Bakıda, Dənizkənarı Milli Parkda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tatarların milli bayramı Sabantuy keçirilir.
BUTA.TV xəbər verir ki, tədbirdə Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edir.
Onlar festivalda nümayiş edilən tematik ərazilərlə tanış olurlar.
Həmçinin festivala qatılanlar “Baursak evi”nin həyətində çay otağı kimi hazırlanmış fotozona ilə tanışa ola, orada tatar şirniyyatları, çay, keramika məhsulları ala və “baursak” adlı desertin dadına baxa bilərlər.
“Milli müdriklik evi”ni ziyarət edənlər tatar ictimai xadimlərinə həsr olunmuş sərgi ekspozisiyası ilə tanış olur, həmçinin tematik ustad dərslərində iştirak edirlər.
Tədbirin proqramına, həmçinin xalq sənətkarlığı yarmarkası və müxtəlif müsabiqələr daxildir.
Bayramın əsas səhnəsində isə Tatarıstan və Azərbaycan sənətkarlarının iştirakı ilə konsert keçirilir.
Qeyd edək ki, tədbirə giriş pulsuzdur.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu