Roman Abramoviç İngiltərədəki mülklərinə görə Britaniya xüsusi xidmət orqanlarının girovluğunda saxlanılır.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
"Bu, XXI əsrin üslubundadır. Abramoviç isə təbii olaraq Britaniyadan qaçmaq istəyir. Amma bunun üçün mülkünü satmalıdır.
Abramoviç işlərini asanlaşdırmaq üçün mülkünü satdıqda bu pulun bir hissəsini Ukraynadan olan qaçqınlar üçün köçürəcəyini vəd edib. İndi problem burada yaranıb. Abramoviç Britaniya hakimiyyətindən pulun bir hissəsini rusiyalı qaçqınlar üçün köçürməsinə icazə verilməsini də tələb edib. Rusiyanın qalib gələcəyini hiss edirsən? Yoxsa, Kremldən onu hədələyiblər?" - o bildirib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu