Naxçıvanda cinayət: qadını boğaraq öldürdü

09:44 - 19 İyun 2023 - GÜNDƏM

 Naxçıvanda cinayət: qadını boğaraq öldürdü

Naxçıvanda qadın boğularaq qətlə yetirilib.

Bu barədə BUTA.TV-a Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 19-də saat 08 radələrində Naxçıvan şəhəri Qaraxanbəyli kəndində 25-30 yaşlı Telli Ramiz qızının boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Röyal Abdulla oğlu Zeynalov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

Bu xəbər hal-hazırda çox oxunur
Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol