İrəvanla Bakı arasında sülhün alternativi yoxdur. Lakin Ermənistan və Azərbaycan sərhədində hələ də toqquşmalar var, insanlar ölür, belə bir şəraitdə nəqliyyat əlaqələrinin bərpası ilə bağlı danışıqlar aparmaq çətindir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Hamı başa düşür ki, Azərbaycanla Ermənistan arasında sülhə alternativ yoxdur. Sülhə nail olmağın ən yaxşı yolu qarşılıqlı əlaqə imkanlarını açmaq, ümumi yol qurmaqdır. Bu yoldan insanlar istifadə edəcək, mallar daşınacaq, daha sonra səyahət ediləcək, normal həyat və ticarət başlayacaq, köhnə narazılıqlar tədricən arxa plana keçəcək”, - o bildirib.
Kommunikasiyaların açılma müddətinə gəlincə, o, qeyd edib ki, hələlik bu suala dəqiq cavab yoxdur, amma baş nazirin müavinlərindən ibarət üçtərəfli işçi qrupunda unikal münasibətlər formatı formalaşıb:
“Eyni böyük ölkədən olmağımız, eyni dərsliklərlə oxumağımız, eyni filmlərə baxmağımız, eyni yumoru başa düşməyimiz ortaq dil tapmağımız çox kömək edir”.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu