Bu ilin ilk 4 ayının yekunlarına görə, Azərbaycanın qeyri-neft məhsullarının 34.2 faizi qardaş Türkiyəyə ixrac edilib. Uzun müddət ölkəmizin qeyri-neft ixracatında birinci olan Rusiya 24.0 faiz payla ikinci sıraya enib.
BUTA.TV xəbər verir ki, bu barədə iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov qeyd edib.
O bildirib ki, bütövlükdə, 2023-cü ilin yanvar-aprel aylarında qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 21,2 faiz, real ifadədə 17,5 faiz artaraq 1 milyard 187 milyon dollar olub:
“Qeyri-neft-qaz məhsulları üzrə ixracatımızda Türkiyə və Rusiya ilə yanaşı Gürcüstan (12,0 faiz), İsveçrə (4,1 faiz), Qazaxıstan (2,9 faiz), Türkmənistan (2,3 faiz), Ukrayna (2,3 faiz), İtaliya (1,6 faiz), Belçika (1,5 faiz), Özbəkistan (1,3 faiz), Rumıniya (1,3 faiz), Almaniya (1,1 faiz), Çin (1,1 faiz), Birləşmiş Ərəb Əmirlikləri (1,1 faiz) ticarət tərəfdaşlarımızdır.
Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında strateji əlaqələrin son illər daha da güclənməsi müşahidə olunur. Artıq iki ölkə arasında ticarət döriyyəsi 6 milyard dollardan çoxdur. Hədəf yaxın illərdə ticarət dövriyyəsini 10 milyard dollara qədər artırılmasıdır”.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu