ABŞ-ın iki “B-1B Lancer” səsdən sürətli bombardmançı təyyarəsi ilk dəfə İsveçin şimalındakı Norrbotten aviabazasına eniş edib.
BUTA.TV xəbər verir ki, İsveçdə təyyarənin heyəti hərbi təlimlərdə iştirak edəcək.
İsveç Hərbi Hava Qüvvələri komandanının müavini Tommi Petersson bunu tarixi hadisə adlandırıb.
Qeyd edib ki, bazar ertəsi başlayan təlimlər "ən ciddi məxfilik şəraitində" çoxdan planlaşdırılıb. “B-1B Lancer”in enişindən iki saat əvvəl Amerikanın “Herkules” hərbi-nəqliyyat təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrinin təxminən 50 əməkdaşını aviabazaya çatdırıb.
İsveç komandirinin sözlərinə görə, təlimlərin məqsədi ölkənin quruda və havada müdafiəsini məşq etməkdir. Manevrlərin nə qədər davam edəcəyini dəqiqləşdirməyib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu