AB Ukraynaya 50 milyardlıq yardım paketi hazırlayır

10:54 - 20 İyun 2023 - GÜNDƏM

 AB Ukraynaya 50 milyardlıq yardım paketi hazırlayır

AB Ukraynaya 50 milyard avroluq maliyyə yardımı paketi təklif etməyə hazırlaşır.

BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” mənbələrinə istinadən məlumat yayıb.

“Plan ictimaiyyətə açıqlanmadan əvvəl dəyişikliklərə məruz qala bilər. Avropa Komissiyası Ukraynaya qrantlar, güzəştli kreditlər və zəmanətlər şəklində yardım təklif etməyi planlaşdırır. Paket bazar kreditləri hesabına deyil, AB-yə üzv dövlətlər tərəfindən maliyyələşdiriləcək. Ukraynaya dəstək planı AB-nin 2021-2027-ci illər üçün uzunmüddətli büdcəsinə yenidən baxılması çərçivəsində həyata keçiriləcək”, - məlumatda deyilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol