Bu rayonlara su məhdudiyyətlə veriləcək

15:10 - 20 İyun 2023 - GÜNDƏM

 Bu rayonlara su məhdudiyyətlə veriləcək

Kür çayında bulanıqlığın artması ilə əlaqədar Azərbaycanda bəzi yaşayış məntəqələrinə içməli su məhdudiyyətlə veriləcək.

Bu barədə BUTA.TV-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məlumata görə, son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb. Bununla əlaqədar Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna və Səbail rayonunun bir hissəsinə içməli su müəyyən məhdudiyyətlərlə veriləcək.

"Abonentlərə içməli suyu qənaətlə istifadə etməyi tövsiyə edirik", - deyə agentlik bəyan edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol