Hindistan əsilli məşhur britaniyalı yazıçı Salman Rüşdi Almaniya Nəşriyyatları və Kitab Satıcıları Assosiasiyasının Sülh Mükafatını qazanıb.
Kult.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
Bildirilib ki, təhdid və təzyiqlərin altında yaşamasına baxmayaraq, mükəmməl təxəyyülünü və dərin insanı keyfiyyətlərini qoruduğu üçün mükafat Salman Rüşdiyə verilib.
Xatırladaq ki, Rüşdinin 1989-cu ildə yazdığı "Şeytan ayələri" romanı müsəlmanların kəskin etirazına səbəb olub. İranın Ali Rəhbəri Ayətullah Xomeyni Rüşdinin öldürülməsinə fətva verib. 2012-ci ildə İranın dini fondu yazıçının qətlinə görə 3,3 milyon dollar mükafat təyin edib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu