"Neftçi" baş məşqçi vəzifəsi üçün Bakıya dəvət etdiyi Sergen Yalçınla danışıqları davam etdirir.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu rəsmi Tvitter hesabında paylaşım edib.
O bildirib ki, tərəflər müqavilə şərtlərində razılığa gəlmək üzrədir.
Bu məlumatı digər idman müxbiri Levent Ümit Erol da təsdiqləyib. Jurnalistin sözlərinə görə, ortada kiçik fikir ayrılıqları var.
Qeyd edək ki, "Neftçi"nin Sergen Yalçınla 1+1 illik müqavilə imzalayacağı gözlənilir. Təyinat baş tutsa, 51 yaşlı mütəxəssis "ağ-qaralar"ın sükanı arxasında Laurentsiu Regekampfı əvəzləyəcək.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu