Azərbaycan mahnısına görə rejissora qadağa qoyuldu

17:50 - 21 İyun 2023 - GÜNDƏM

 Azərbaycan mahnısına görə rejissora qadağa qoyuldu

Urmiya şəhərində nümayiş etdirilən, Azərbaycan mahnı və rəqsinə görə səhnədən yarımçıq yığışdırılan "Şəhriyar" tamaşasının müəllifi, rejissor Vəli Lütfduxtun fəaliyyətinə 3 illik qadağa qoyulub.

Kult.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan əyalətinin Mədəniyyət və İrşad İdarəsinin başçısı Əlirza Novruzi açıqlama verib.

“Tamaşa iki gün (20-21 iyun) səhnədə olacaqdı. Ancaq tamaşanın ilk günü aktyorların səhnədə oynaması və mahnı oxumasına görə onun yığışdırılmasına qərar verildi”, - Novruzi bildirib.

Qeyd edək ki, Məhəmməd Hüseyn Şəhriyarın həyatından bəhs edən "Şəhriyar" tamaşası Urmiyanın "Şəms" salonunda səhnəyə çıxarılmışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol