ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bu həftə sonu Kiyev hökuməti adından Rusiyanın Ukraynaya təcavüzünü pisləməyən bir sıra inkişaf etməkdə olan ölkələrin nümayəndələri ilə qeyri-rəsmi görüş üçün Danimarkaya səfər edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə “Faynənşl Tayms” mənbələrə istinadla məlumat yayıb.
Mənbənin məlumatına görə, Sallivan Kopenhagendə Hindistan, Braziliya və CAR kimi ölkələrin nümayəndələri ilə görüşdə iştirak etməyə razılaşıb.
“İştirakçıların siyahısı hələ təsdiqlənməyib və görüş toplantıya çevrilə bilər. Proses Ukrayna liderlərinin əks-hücum əməliyyatlarının gözlənildiyindən daha yavaş getdiyini etiraf etməsindən sonra baş verib. Türkiyədən və Çindən də rəsmi şəxslər iştirak edə bilər”, - nəşr bildirib.
Qeyd olunub ki, Vaşinqtonun təşəbbüsü Ukraynada uzun sürən müharibə ehtimalının yüksək olması və Qlobal Cənubun Rusiya ilə əməkdaşlığından irəli gələn risklərlə bağlıdır.
Nəşrin mənbələrindən biri bildirib ki, Kopenhagendə keçirilən görüş hər hansı konkret razılaşma və ya nəticə əldə etmək məqsədi daşımır, əksinə, gələcəyin perspektivlərinin öyrənilməsidir.
Qeyd edək ki, Braziliya, Hindistan, CAR və Çin Rusiyanın da daxil olduğu BRİKS-in üzvləridir.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu