Türkiyənin Misir, Ermənistan və Suriya xalqları ilə heç bir problemi yoxdur.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş Misir, Ermənistan və Suriya ilə parlamentlərarası dostluq qruplarının yaradılıb-yaradılmayacağı məsələsi bağlı sualı cavablandırarkən deyib.
“Ölkələrimiz arasında əlaqələrin tamamilə kəsildiyi bir vaxtda belə türk xalqı kiməsə düşmən gözü ilə baxmır. Bizdən asılı olmayan səbəblər ucbatından gərginliklər, dialoqun davam etmədiyi zamanlar da olub, amma bu ölkələrin hər birinin xalqı bizim dostumuzdur”, - TBMM sədri bildirib.
Qurtulmuş qeyd edib ki, Türkiyənin gözləntisi siyasi məsələlərin tez bir zamanda həll edilməsi, bu məsələləri gündəmdən çıxarması və ikitərəfli münasibətlərin gücləndirilməsidir:
“Türkiyə adıçəkilən ölkələrlə parlamentlərarası əlaqələri inkişaf etdirmək, dostluq qruplarının yaradılması və qarşılıqlı səfərlər üzərində çalışır”.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu