Söyüdlü kəndinə əlavə qüvvə və xüsusi texnikalar göndərilib? - Video

10:34 - 23 İyun 2023 - GÜNDƏM

 Söyüdlü kəndinə əlavə qüvvə və xüsusi texnikalar göndərilib? - Video

Gədəbəy rayonunun Söyüdlü kəndinin giriş istiqamətində naryad qrupları xidmət aparır. Kənddə hər hansı gərginlik yoxdur. Yerli sakinlər kəndə rahat şəkildə girib-çıxa bilir, heç bir məhdudiyyət tətbiq olunmur.

BUTA.TV xəbər verir ki, bunu ARB-yə açıqlamasında DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

DİN rəsmisi əlavə edib ki, əsas məqsəd kənddə ictimai təhlükəsizlik, bütövlükdə asayiş qorunsun və gözlənilsin: "Polis tərəfindən hər hansı əlavə qüvvə, xüsusi vasitələr, texnikalar əraziyə cəlb edilməyib. Kənddə normal qaydada həyatlarına davam edirlər".

Bu xəbər hal-hazırda çox oxunur
Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol