Tədbir zalından indi çıxmışam, baxıram sosial şəbəkələrdə haqqımda həqiqəti əks etdirməyən məlumatlar yayılıb. Sosial şəbəkələr vasitəsi ilə insanlarımızda çaşqınlıq yaratmaq mümkün deyil və olmayacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri neftçala rayonunun icra başçısı Mirhəsən Seyidov sosial şəbəkələrdə döyülməsi barədə yayılan məlumatlar haqda qeyd edib.
O bildirib ki, vətəndaşımıza şərəfli və ləyaqətlə xidmət etmək bizim qarşımızda duran ən başlıca vəzifədir.
Qeyd edək ki, Neftçala rayonunun Bankə qəsəbəsində vətəndaşlarla səyyar görüş keçirən Neftçala rayon icra başçısı Mirhəsən Seyidovun vətəndaşlar tərəfindən döyüldüyü, Zaur adlı kənd sakininin başçıya “kəllə atdığı” iddia edilmişdi.
DİN bundan öncə yayılan məlumatı təkzib edib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu