İyunun 17-də Şəki rayonunun Daşüz kəndi ərazisinə dolu düşməsi nəticəsində fərdi yaşayış evlərinə ziyan dəyib.
BUTA.TV xəbər verir ki, bu barədə Şəki Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, dəymiş maddi ziyanla bağlı rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası tərəfindən evlərə baxış keçirilib, müvafiq sənədləşmə işləri aparılıb və aidiyyəti üzrə məlumat verilib:
“Ancaq bir qrup kənd sakini həmin fəsadların dərhal aradan qaldırılması üçün bu gün magistral yolu bağlamağa cəhd göstəriblər. Rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin rəhbərliyi ərazidə sakinlərlə görüşüb, onlarla izahedici-profilaktiki söhbətlər aparıb. Qısa müddət ərzində magistral yolda hərəkətin intensivliyi təmin edilib və ictimai asayiş pozulmayıb”.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu