Biz 25 min nəfərik, ancaq bu 25 min taktiki ehtiyatdır, strateji ehtiyat isə bütün ordu və bütün ölkədir.
BUTA.TV xəbər verir ki. bu sözləri hərbi çevrilişə başladığını elan edən “Vaqner” özəl muzdlu qrupunun rəhbəri Yevgeni Priqojin deyib.
O bildirib ki, istəyən hər kəs onlara qoşula bilər:
Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostovdan qaçdığını da bildirib:
“Şoyqu elə indicə qorxaqcasına Rostovdan qaçıb. 21:00-da, o, arvad kimi qorxaqdır. Bizim oğlanları məhv etmək üçün niyə vertolyotlar qaldırdığını, niyə raket zərbələri endirdiyini izah etməmək üçün qaçdı. Bu məxluq dayandırılacaq”.
Qeyd edək ki, Rusiya ordusunun “Vaqner” qruplaşmasına zərbə endirdiyi, çoxsaylı ölən və yaralanan olduğunu bildirən Priqojinin hərbi çevriliş elan etdiyi və Rostova doğru getdiyi bildirilir.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu