Ukrayna ordusunun hücum ehtiyatının əsas qüvvələri hələ döyüşə buraxılmayıb.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski bildirib.
"Hər kəs dərhal böyük bir qələbə qazanmaq istəyir. Biz də... Amma hazır olmalıyıq ki, bu proses müəyyən vaxt aparacaq, çünki hər tərəfdə çoxlu qüvvələr, çoxlu texnika və çoxlu süni maneələr cəmləşib.
Demək istəyirəm ki, bizim əsas qüvvələrimiz hələ döyüşlərdə iştirak etməyib və biz indi düşmənin müdafiəsində zəif nöqtələri axtarır, axtarırıq. Hər şey hələ qabaqdadır", - komandan qeyd edib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu