Yenidən qurulan, abadlaşan Laçın bu dəfə əcnəbi diplomatları qonaq edir. Belə ki, Azərbaycanda akkreditə olunmuş 33 ölkədən və 10 təşkilatdan, ümumilikdə 60-a yaxın diplomat və hərbi attaşenin Laçına səfəri başlayıb.
BUTA.TV xəbər verir ki, qonaqlar Laçında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olacaqlar. O cümlədən Laçın şəhərinin 1 Dekabr küçəsində salınmış ilk yaşayış məhəlləsinə baxış keçiriləcək. Bundan əlavə, diplomatik korpus nümayəndələrinin Laçında qurulmaqda olan Aqro Sənaye Parkını ziyarəti də nəzərdə tutulub.
Xarici diplomatlara Həkəri çayının sahilində salınan “Laçın bulvarı” haqqında da ətraflı məlumat veriləcək.
Səfəri çərçivəsində diplomatik korpus nümayəndələrinin Zabux kəndində tam sürətlə davam edən tikinti-quruculuq işləri ilə də yaxından tanış olması planlaşdırılır.
Səfərin son dayanacağı kimi xarici diplomatlar Zəngilanın Ağalı kəndinə gedəcəklər. Onlara Ağalıda tətbiq edilən “ağıllı kənd” konsepsiyası haqqında ətraflı məlumat veriləcək.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu