Kremldən olan adam (Putin nəzərdə tutulur – red.) çox qorxur və yəqin ki, hardasa gizlənir. Əminəm ki, o, artıq Moskvada deyil. Harasa zəng edir, nəsə yalvarır... Nədən qorxduğunu bilir, çünki bu təhlükəni özü yaradıb. O, bunkerləri arasında nə qədər uzun qaça bilsə, bir o qədər çox itirəcək. Rusiya ilə əlaqəsi olan hər kəs itirəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyada baş verən hadisələr haqda video-müraciətində deyib.
“Biz ukraynalılar nə edəcəyik? Biz ölkəmizi müdafiə edəcəyik. Biz susmayacağıq və fəaliyyətsiz qalmayacağıq. Bu müharibədə qələbəmiz birmənalı olacaq.
Bəs siz nə edəcəksiniz? Qoşunlarınız Ukrayna torpaqlarında nə qədər çox qalarsa, sonradan Rusiyaya bir o qədər çox dağıntı gətirəcək. Bu şəxs Kremldə nə qədər çox qalsa, bir o qədər fəlakətlər olacaq”, - deyə Zelenski bildirib.
Qeyd edək ki, Belarus Prezidenti Lukaşenkonun “Vaqner” rəhbəri Priqojinlə apardığı birbaşa danışıqlar nəticə verib. Vaqnerçilər Moskvaya yürüşdən imtina ediblər və geri – Ukraynadakı səhra düşərgəsinə qayıdırlar.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu