Tiflis ərazisini güc yolu ilə qaytara bilərmi?

08:02 - 25 İyun 2023 - GÜNDƏM

 Tiflis ərazisini güc yolu ilə qaytara bilərmi?

Bizim siyasətimiz dəyişməyib və dəyişməyəcək: Gürcüstan öz ərazilərini güc yolu ilə qaytarmaq niyyətində deyil.

BUTA.TV xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili brifinqdə bildirib.

“Təhlükəsizlik Şurası Abxaziya və Sxinvalinin reaksiyalarını müzakirə etməlidir ki, separatçılar bu hadisələrdən əhali arasında lüzumsuz qorxu yaratmaq üçün istifadə etməsinlər.

Bizim siyasətimiz dəyişməyib və dəyişməyəcək, Gürcüstan öz ərazilərini zorla qaytarmaq fikrində deyil. Bunu söyləmək və təkrarlamaq lazımdır. Nəhayət, məlumat mübadiləsini və tərəfdaşlarımızla sıx əlaqələri davam etdirmək lazımdır”, - Salome Zurabişvili bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol