ABŞ-ın həqiqətən də Azərbaycan və Ermənistan arasında sülhə vasitəçilik edəcəyi ehtimalı azdır. Çox güman ki, Ermənistanın cavabı Rusiyanın rəhbərlik etdiyi KTMT-dən tədricən NATO lehinə imtina etməsi olacaqdır.
Bu sözləri BUTA.TV-a açıqlamasında amerikalı siyasi ekspert Endryu Koribko deyib.
Onun sözlərinə görə, davamlı sülh sazişi üçün Ermənistandan əsas üç şey tələb edilir:
“Birincisi, Azərbaycanın ərazi bütövlüyünə hörmətini rəsmi və yazılı şəkildə təsdiq etməlidir, ikincisi, Azərbaycandakı erməni separatçıları rəsmən pisləməlidir,üçüncüsü, 1990-cı illərdən Azərbaycana gələn erməni müstəmləkəçilər öz vətənlərinə qaytarmalıdırlar. Sonuncu qeyd olunanlar Rusiya sülhməramlılarının məsuliyyət zonasını əhatə etdiyinə görə, o, Moskva ilə razılaşdırılmalı idi, bu da Vaşinqtonda keçiriləcək danışıqların çox güman ki, razılaşma ilə nəticələnməyəcəyini göstərir.
Əlavə olaraq ABŞ regional gərginliyin qeyri-müəyyən müddətə davam etməsi və onların açıq münaqişə həddinə qədər kəskinləşməsi yolu ilə Cənubi Qafqazı bölmək və idarə etməkdə maraqlıdır. O, bunu Rusiya, İran və Türkiyəni “nəzarət altında saxlamaq” üçün ayrılmaz bir şey hesab edir. Son bəhs edilən NATO müttəfiqi olsa da, müstəqil xarici siyasət həyata keçirir və bu, Vaşinqtonu qəzəbləndirir.
Bu ssenari Vaşinqtonun xeyrinə regionun daha çox bölünməsinə və idarə olunmasına töhfə verəcək”.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu