Türkiyəyə gedən azərbaycanlıların sayı azaldı

12:12 - 25 İyun 2023 - GÜNDƏM

 Türkiyəyə gedən azərbaycanlıların sayı azaldı

Bu ilin yanvar-may aylarında Türkiyəyə 57 min 885 nəfər Azərbaycan vətəndaşı səyahət edib.

Bu barədə BUTA.TV-a Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 9 900 nəfər və ya 14,7 % azdır. Türkiyəyə gedən azərbaycanlılar bu ölkəyə səfər edən millətlərin 1,29 %-ni təşkil edir.

Qeyd edək ki, bu ilin 5 ayında Türkiyəyə ən çox səfər edən Rusiya, Almaniya, İngiltərə, Bolqarıstan və İran vətəndaşlarıdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol