Xəbər verdiyimiz kimi, ötən gün Belarus lideri Aleksandr Lukaşenkonun birbaşa apardığı danışıqlar nəticəsində sülh yolu ilə yatırılan qiyamda “Vaqner”in rəhbəri Yevgeni Priqojinin tələbi müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun istefaya göndərilməsidir.
BUTA.TV xəbər verir ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinə yaxın olan “Rıbar” Teleqram kanalı mənbəyə istinadla bu tələbin qəbul edildiyini deməyə əsas olduğunu iddia edib.
Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov nazir təyinatının birbaşa Prezident Putinin səlahiyyətində olduğunu, buna görə də Lukaşenko-Priqojin danışıqlarının müzakirə mövzusu ola bilməyəcəyini açıqlamışdı. Buna baxmayaraq, Putinin Şoyquya etibarının azalıb-azalmadığı sualına cavab verə bilməyəcəyini demişdi.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu