Tehranda Aİİ-nin beynəlxalq sərgisi keçiriləcək

15:40 - 25 İyun 2023 - GÜNDƏM

 Tehranda Aİİ-nin beynəlxalq sərgisi keçiriləcək

İranın Avrasiya İqtisadi İttifaqı ilə azad ticarət sazişinin son mərhələsində olduğu üçün dekabr ayında Tehranda 2-ci Avrasiya Ekspo 2023 İxtisaslaşdırılmış Sərgisi keçiriləcək.

BUTA.TV xəbər verir ki, bunu sərginin inzibati meneceri Əlirza Cəfəri deyib.

Onun sözlərinə görə, 4-7 dekabr tarixlərinə planlaşdırılan sərgi Tehranın Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək.

Sərgidə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və İran iştirak edəcək. Bundan başqa, Çin, İndoneziya, Hindistan, Misir, Serbiya da daxil olmaqla 40-dan ölkənin 10 minə yaxın nümayəndəsinin iştirak edəcəyi gözlənilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol