Ukraynanın bir qrup əks-kəşfiyyat əməkdaşı ölkənin Təhlükəsizlik Xidmətinin (SBU) generalı Viktor Mikulini döyüb.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Hadisənin Ujqoroddakı “Three Aces” restoranında baş verdiyi qeyd olunub:
"Mikulin SBU-nun Mukaçevo əks-kəşfiyyat idarəsinin rəisi Andrey Panarin tabeliyində olan şəxslərlə birlikdə spirtli içki qəbul edib və özünü səs-küylü aparıb. Öz növbəsində, qurumda deputatın köməkçisi ilə görüş keçirən Mikulin şirkətə irad bildirib. Cavab olaraq həmin şəxslər onu vurmağa başlayıblar, daha sonra meşəyə aparıblar və orada mobil telefonunu əlindən alıblar və dişini sındıraraq döyməyə davam ediblər".
Bildirilib ki, hazırda hücum edən şəxslər istintaq təcridxanasında saxlanılırlar, barələrində “xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu