İyunun 25-26-da Xüsusi Riskli Xilasetmə Xidmətinin bir qrup hərbi qulluqçusu 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təşkil edilən “Zəfər Azərbaycanındır!” adlı ekspedisiyanın tərkibində “Zəfər” zirvəsinə yürüş ediblər.
Bu barədə BUTA.TV-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, dəniz səviyyəsindən 4301 metr yüksəklikdə Böyük Qafqaz sıra dağlarının Bazardüzü massivində yerləşən “Zəfər” zirvəsinə qalxan əməkdaşlar, burada Azərbaycanın Dövlət Bayrağı ilə bərabər Fövqəladə Hallar Nazirliyinin rəmzi olan bayrağı zirvədə dalğalandıraraq Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu