Rusiyanın Amur vilayətində yaşayan bir nəfər vətənə xəyanətə görə saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
“Müəyyən edilib ki, şübhəli şəxs Rusiya Silahlı Qüvvələrinə qarşı istifadə etmək məqsədilə Ukrayna Silahlı Qüvvələri tərəfindən kamikadze pilotsuz uçuş aparatları, kvadrokopterlər, döyüş sursatları və hərbi texnika əldə etmək üçün ondan artıq "şəxsi vəsait" köçürüb", - məlumatda vurğulanıb.
Saxlanılan şəxsə qarşı FSB-nin istintaq bölməsi tərəfindən dövlətə xəyanət maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edilir ki, həmin şəxs Lvovda doğulub.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu