Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında müharibə vaxtı bəzi silahların istifadə hüququnun Ermənistana aid olmadığını deyib. Onda bəs kimə aid olub? Paşinyan bu barədə heç nə deməsə də, söhbətin Rusiyadan getdiyi aydındır. O, iclasın qapalı hissəsində Ermənistan silahlı qüvvələrinin arsenalında olan həmin silahlar barədə ətraflı məlumat verəcəyini söyləyib. Baş nazir bu silahların Rusiya istehsalı olan “İsgəndər-M” əməliyyat-taktiki raket kompleksi olub-olmamasıyla bağlı suala isə aydınlıq gətirməyib.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq Azərbaycan Prezidenti İlham Əliyevin müharibədən sonra “İsgəndər-M” raketiylə bağlı Kreml qarşısında bir neçə dəfə məsələ qaldırdığını vurğulayıb:
“İlham Əliyev Rusiya istehsalı olan və bu ölkənin daxili istifadəsi üçün nəzərdə tutulmuş “İsgəndər-M” raketi qalıqlarının Şuşada tapılmasından sonra məsələni rusiyalı həmkarı Vladimir Putinlə müzakirə edib. “Bu çox həssas məsələdir, Azərbaycan xalqından gizlədə bilmərəm” deyən İlham Əliyev Putinlə telefon danışığı zamanı bu sualı ona verdiyini və cavabı bilmək istədiyini vurğulayıb. Putinin cavabı isə olmayıb. Rusiya prezidenti nə cavab verə bilərdi? Kreml sahibi bəlkə də özünün əmriylə “İsgəndər-M” raketiylə Azərbaycan ərazisinə zərbə endirdiyini etiraf etməyəcəkdi ki?! Rusiya generallarından biri Putinin xəbəri olmadan Ermənistana “İsgəndər-M” raketi verə və ya həmin raketi Azərbaycana tuşlaya bilərdimi? Paşinyan son çıxışında məhz buna işarə edib”.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu