Ukrayna əks-hücum planlarına əməl edir və mərmilərin olmamasına və hazırlanmış Rusiya müdafiəsinə baxmayaraq, hərbi əməliyyatların intensivliyini tədricən artırır.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak deyib.
“Cəbhə xətti 1800 kilometrdən çox uzanır, mina sahələrinin sahəsi 20 min kvadrat kilometrdən çoxdur. Ruslar üç müdafiə xətti təşkil ediblər. Təxminən 360 min də əsgər hazırlayıblar.
Bizdə iri çaplı mərmi və raket çatışmazlığı var, hətta aviasiyamız hələ də məhduddur. Bu da Rusiyanın təchizat marşrutlarını vurmağa kömək etmir”, - Podolyak bildirib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu