Azərbaycanın rəsmi dövlət televiziyasının əməkdaşlarının Fransada xidməti vəzifələrini yerinə yetirərkən hücuma məruz qalmasını kədərlə öyrəndik. Avropanın insan hüquq və azadlıqlarının müdafiəsi kontekstində günü-gündən etibar itirdiyini ortaya qoyan, mətbuat və məlumat azadlığına edilən bu mənfur hücumu qətiyyətlə pisləyirik.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.
“Fransa hakimiyyət orqanlarından və hüquq-mühafizə orqanlarından hücumun səbəbkarlarını dərhal müəyyən edib məsuliyyətə cəlb etmələrini gözləyirik. Mən də Azərbaycan prezidentinin köməkçisi, hörmətli qardaşım Hikmət Hacıyevə telefonla zəng vuraraq, Türkiyə olaraq bu mənfur hücuma işıq salmaq üçün bütün imkanlarımızdan istifadə edəcəyimizi dedim.
Hücum zamanı yaralanan azərbaycanlı jurnalist qardaşlarımıza tezliklə şəfa diləyir, bütün qardaş Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram”, - Altun bildirib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu