Rusiya bu ölkədə 600 milyon dollarlıq zavod tikəcək

00:56 - 30 İyun 2023 - GÜNDƏM

 Rusiya bu ölkədə 600 milyon dollarlıq zavod tikəcək

"Rosatom"un törəmə şirkəti olan "Uranium One Group" Boliviyanın dövlət şirkəti "Yacimientos de Litio Bolivianos" ilə litium karbonatın hasilatı və istehsalı üçün sənaye kompleksinin tikintisi məqsədilə saziş imzalayıb.

BUTA.TV xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

"Rosatom" üçün bu, litium istehsalı sahəsində ilk irimiqyaslı xarici layihədir, investisiyalar təqribən 600 milyon dollar təşkil edəcək. Birinci mərhələnin istismara verilməsi və hazır məhsulların istehsalına başlanması 2024-cü ildə planlaşdırılır",- məlumatda deyilib.

Qeyd edək ki, litium elektrik nəqliyyat vasitələri və bərpa olunan enerji mənbələri üçün lazım olan akkumulyatorların və enerji saxlama sistemlərinin istehsalı üçün xammaldır. Dünyanın ən böyük litium istehsalçıları Avstraliya (55%), Çili (26%), Çin (14%) və Argentinadır (6%).


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol