“Neftçi” Emil Balayevin ardınca milli komandamızın daha bir üzvünü transfer edib.
BUTA.TV xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesabı məlumat yayıb.
Xorvatiya əsilli Filip Ozobiçlə 2 illik müqavilə bağlanıb.
32 yaşlı yarımmüdafiəçi “Neftçi”nin heyətində 10 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Rusiyada “Spartak” (Moskva; 2010-2013), Xorvatiyada “Hayduk” (Split; 2012-2013) və “Slaven” (Belupo; 2013-2016) klublarında çıxış etmiş Filip Ozobiç ölkəmizdə “Qəbələ” (2016-2018) və “Qarabağ”da (2018-2023) forma geyinib.
Yarımmüdafiəçi Azərbaycan çempionatının qalibi (2019, 2020, 2022, 2023) və iki ən yaxşı bombardirindən biri (2017) olub, Xorvatiya (2013) və Azərbaycan (2022) kubokunu başı üzərinə qaldırıb.
Xorvatiyanın əsas və müxtəlif yaş qruplarından ibarət yığma komandalarının formasını geyinmiş Ozobiç 2021-ci ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 10 oyun keçirib, 1 qol vurub.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu