Şəmkir Rayon Polis Şöbəsinin və tabeli qurumlarının əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və yetişdirməkdə şübhəli bilinən rayon sakinləri saxlanılıb.
DİN-dən BUTA.TV-a verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində Elşən Əsgərov, Pərviz Əliyev, Vasif Nəsibzadə və Aqil Alıyevdən narkotik vasitə olan marixuana və metamfetamin aşkar olunaraq götürülüb.
Bundan başqa keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Ceyhun Məmmədov, Ülfət Məhəmmədli və Emin Tağıyevin fərdi yaşayış evlərinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə əkdikləri müxtəlif ölçüdə və çəkidə narkotik xassəli çətənə - kannabis bitkiləri aşkarlanaraq götürülüb.
Faktlarla bağlı polis şöbəsində cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu