Avropanın NATO-dakı rolunun gücləndirilməsi və Kiyevə dəstək çərçivəsində AB-də sursat istehsalı artırılmalıdır.
BUTA.TV xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Brüsseldə keçirilən Avropa Şurasının sammitindən sonra deyib.
“Biz Avropanın Şimali Atlantika Alyansındakı rolunu daha da gücləndirməyi intensiv şəkildə müzakirə etdik. Öz imkanlarımızı müdafiə sahəsində cəmləşdirməli, müdafiə sənayesinin istehsalını gücləndirməli və sürətləndirməliyik. Bu, xüsusilə döyüş sursatı istehsalına aiddir”, - o bildirib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu