ABŞ Ukrayna ilə müntəzəm əlaqə saxlayır. Vaşinqton əks-hücumun uğurlu olmasını təmin etmək üçün dəstək verməyə davam edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Onlar bizi məlumatlandırır və biz onlara əks-hücumda kömək etmək üçün əlimizdən gələni etməyə davam edirik",- o bildirib.
Ağ Evin nümayəndəsi vurğulayıb ki, Rusiya mövqelərinə hücumun sürəti və istiqamətinə məhz Ukrayna tərəfi qərar verir:
"Ukrayna qüvvələri müəyyən irəliləyiş əldə edib. Özləri də dedilər ki, bu, onların istədikləri qədər əhəmiyyətli deyil, lakin biz yenə də diqqətimizi onların ehtiyac duyduqları hər şeyə sahib olmasına yönəldəcəyik".
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu