Şotlandiyanın Orkney adalarının hakimiyyəti arxipelaqı Böyük Britaniyanın tərkibindən çıxarıb Norveçlə birləşdirmək imkanlarını nəzərdən keçirir.
BUTA.TV xəbər verir ki, bu barədə “Deyli Teleqraf” qəzeti məlumat yayıb.
Məlumata görə, iyulun 4-də regional hakimiyyət orqanları alternativ idarəetmə formaları, o cümlədən tarixi əlaqələrin bərpası təklifini müzakirə edəcəklər:
“Edinburq və London hökumətlərinin hərəkətlərindən yerli narazılıqlar artır. Orkney Şotlandiya və ya ümumi Britaniya büdcəsindən kifayət qədər maliyyə almır. Müzakirələrdən sonra Orkney adalarının səlahiyyətliləri Şotlandiyadan ayrılıb “tac torpaqları” statusu və ya Folklend adalarına bənzər Birləşmiş Krallığın xaricdəki ərazisi statusu tələb edə bilər. Yerli hakimiyyət orqanları Danimarkanın tərkibində muxtar bölgə olan Farer adalarının modelini də öyrənəcəklər. Statusu dəyişdirmək və ya Britaniyanın tərkibindən ayrılmaq üçün çox güman ki, referendum, eləcə də Edinburq və London hökumətləri ilə razılaşma tələb olunacaq”.
- Kreml AZAL-a görə addım atmadı: Təmkinli davranmalıyıq...
- 1891, ermənilərin milli geyimi bu cür olub - Foto
- Ruslar Bakı ilə münasibətlərin gərginləşməsindən narahatdır
- Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?
- Səməd Seyidovun adından saxta açıqlama yayıldı
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır