İranda Azərbaycan ədəbi dilində olan və Azərbaycan Respublikasında qəbul olunmuş dövlət dili qaydalarına riayət edilən kitabların nəşrinə icazə verilməyəcək.
Kult.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Mədəniyyət və İrşad İdarəsinin mətbuat məsələləri üzrə sədr müavini Həsən Güli deyib.
O, yalnız “əsl türk” dilində olan kitabların nəşrinə icazə veriləcəyini iddia etsə də, çıxışının ardında məqsədini açıqlayıb:
“Türk dilinin müxtəlif ləhcələri var. Qonşu ölkələrdə də bu dil fərqli ləhcələrdə danışılır və müxtəlif əlifbalarda yazılır. Ancaq əsl türk dili iranda danışılan türkcənin Təbriz ləhcəsidir. Bütün kitablarda bu qaydaya riayət olunmalıdır. Mədəniyyət və İrşad İdarəsi Azərbaycan ədəbi dilində olan kitabların İranda məişət və küçə-bazar danışığı səviyyəsində istifadə edilən dilə uyğunlaşdırılmasını tələb edir”, - Güli bildirib.
Qeyd edək ki, İran ideoloqları onillərdir Azərbaycan xalqının vahid ədəbi dilinin olmamasına çalışır. Burda məkrli məqsəd xalqı parçalamaq, ləhcə fərqini bir-birini zəif anlayacağı səviyyəyə çatdırmaqdır.
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!
- Türkiyə Putini gətirmək istəyir ki, nüfuzu qalxsın
- Kreml AZAL-a görə addım atmadı: Təmkinli davranmalıyıq...
- 1891, ermənilərin milli geyimi bu cür olub - Foto
- Ruslar Bakı ilə münasibətlərin gərginləşməsindən narahatdır